Milli Məclisin plenar iclası keçirilir

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
İclasın gündəliyinə 13 məsələ daxil edilib

BAKI, 2 may — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib.

Milli Məclisin iclası - Sputnik Azərbaycan
Milli Məclisdə "mövzudan kənara çıxmaq" qadağası narazılıqlara yol açıb

"Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında" SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə baxılacaq.

"Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" Sazişin təsdiq edilməsinə, "Turizm haqqında" qanun layihəsinə baxılacaq. "Diplomatik xidmət haqqında", "Pasportlar haqqında", "Dərman vasitələri haqqında", "Yeyinti məhsulları haqqında", "Reklam haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək. Həmçinin İnzibati Xətalar, Mülki Prosessual, Cinayət-Prosessual və İnzibati Prosessual məcəllələrində dəyişikliklərə, "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılacaq.

Xəbər lenti
0