Müslüm İbrahimov: “Həmin məhsulları xammal formasında istehlak etmirlər”
Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində 2016-cı ildə ölkəyə ən çox valyuta gətirən məhsulları açıqlayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu məhsullara dünya bazarında həqiqətən tələbat var: “Ölkələrin iqlim şəraitinə görə bu məhsulları istehsal etmək mümkündür. Müxtəlif faktorlara görə bir ölkənin digərinə nisbətən üstünlükləri yaranır”.
“Yenə də dünya bazarında hansısa konkret istehsalçı qrupu yaranır ki, bazara həmin məhsulları gətirir. Ancaq iş burasındadır ki, həmin məhsulları xammal formasında istehlak etmirlər. Onu hansısa məhsulun inqrediyenti kimi istifadə edirlər” – deyə o bildirib.