Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA Prosineçki məsələsinə aydınlıq gətirdi

© Photo : REPORT IARobert Prosineçki, Azərbaycan milli futbol komandasının baş məşqçisi
Robert Prosineçki, Azərbaycan milli futbol komandasının baş məşqçisi - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
AFFA-nın baş katibi: "Prosineçkinin xarici kluba keçmək ehtimalı yoxdur"

BAKI, 30 aprel — Sputnik. "Yaxşı məşqçilərə hər zaman təkliflər gəlir. Bu, normal haldır. Lakin Robert Prosineçki çox peşəkar mütəxəssisdir. Öz müqaviləsinə hörmətlə yanaşır”.

Bunu “Report”a AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin İspaniya və Türkiyə klublarından təklif almasına dair çıxan xəbərlərə münasibət bildirərkən deyib.

E.Məmmədov bildirib ki, xorvat mütəxəssisin mövsümlərarası fasilədə xarici klublardan birinin sükanı arxasına keçmək ehtimalı yoxdur. O, təkliflərlə bağlı R.Prosineçki ilə danışdığını söyləyib:

“2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi davam edir. İyunun 10-da Şimali İrlandiya ilə matçımız var. Klublardan gələn təkliflərlə bağlı Prosineçki ilə danışmışam. Qısa söhbətimiz olub. Özündən soruşdum. Dedi ki, yalnız “Bursaspor”dan deyil, digər klublardan da təkliflər olub. Ancaq həmin təkliflərdən imtina edib”.

Qeyd edək ki, son günlər Robert Prosineçkinin adı Türkiyənin “Bursaspor” və İspaniyanın “Valensiya” klubu ilə yanaşı çəkilməkdədir.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала