Zakir Həsənov aktiv döyüşlərə hazır olmaq əmri verdi

© mod.gov.azMüdafiə naziri Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Cəbhə bölgəsində Müdafiə Nazirliyinin geniş kollegiya iclası keçirilib

BAKI, 21 aprel — Sputnik. Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a MN-in mətbuat xidmətindən məlumat verilib.

© Foto: mod.gov.azKollegiya iclasında müdafiə naziri general-polkovnik Zakir Həsənovun çıxışı
Kollegiya iclasında müdafiə naziri general-polkovnik Zakir Həsənovun çıxışı - Sputnik Azərbaycan
Kollegiya iclasında müdafiə naziri general-polkovnik Zakir Həsənovun çıxışı

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Silahlı Qüvvələrin 2017-ci qış tədris dövrünün birinci rübündə xidməti döyüş fəaliyyətinin nəticələri" mövzusunda məruzə ilə çıxış edib. Təlimlərin nəticələrini də təhlil edən nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

© Foto: mod.gov.azİclas iştirakçıları
İclas iştirakçıları - Sputnik Azərbaycan
İclas iştirakçıları

Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən Z. Həsənov təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb. Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.

Kollegiya iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.

Xəbər lenti
0