Bakının ən məşhur binalarının müəllifi

© Sputnik / Murad Orujov"Nizami" kino mərkəzinin memarı Mikayıl Hüseynov olub
Nizami kino mərkəzinin memarı Mikayıl Hüseynov olub - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan memarlıq məktəbinin layiqli nümayəndəsi Mikayıl Hüseynov 112 il əvvəl anadan olub

BAKI, 18 apr — Sputnik. Görkəmli Azərbaycan memarı, SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Böyük Britaniya və Şimali İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü Mikayıl Hüseynov 1905-ci il aprel ayının 19-u Bakı şəhərində dünyaya gəlib. Gənclik illərindən memarlığa həvəs göstərib və bu məhəbbətə ömrü boyu sadiq qalıb. O, 200-dən çox layihə yaradıb və bunların, demək olar, hamısı həyata keçirilib.

Ali təhsilini 1922-29 –cu illərdə Politexnik universitetində, Mühəndis Memar ixtisası üzrə alıb. Bundan sonra sərbəst yaradıcılığa başlayan memar öz yaradıcılığı ilə Bakını XX əsr üçün dünyanın digər paytaxtlarından da yüksək səviyyəyə çatdıra bilib. 

Bakıdakı "Alimlər evi" (1946), Ü.Hacıbəyov adına "Azərbaycan Dövlət Konservatoriyası" (1937-1939), "Nizami adına Ədəbiyyat Muzeyi"nin (1946), “Nizami” kino mərkəzi (1937-1939), Azərb. Politexnik İnstitutu (1931-1933), "Bakı Soveti" işçiləri üçün yaşayış (hazırda Respublika Nazirlər Kabineti binası, 1938-1941) binaları onun layihələri əsasında inşa olunub. 

1946-cı ildən sonrakı memarlıq işləri sırasında M.F. Axundov adına Azərbaycan Dövlət kütləvi kitabxanasını (1960), Azərb. SSR EA şəhərciyi kompleksini (1951-1966), Bakı Metropoliteni "Nərimanov" (1967), "Nizami" (1976) və "Elmlər Akademiyası" (1985) stansiyalarını; keçmiş "Moskva" mehmanxanasını (1978) qeyd etmək olar. 

Xəbər lenti
0