Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

221 ədəd zeytun ağacı vacibdir, yoxsa TAP?

Abunə olmaq
Vüqar Bayramov deyir ki, TAP layihəsinin reallaşması zamanı ekoloji tələblərin qorunması vacibdir

Vüqar Bayramov: “Bir sıra qüvvələr ekeloji faktordan istifadə etməyə çalışırlar”
Energetika naziri Natiq Əliyev İtaliyada TAP layihəsinin tikintisi ilə bağlı bir sıra çətinliklərin hələ də qaldığını deyib. Bu problemlərin "Cənub Qaz Dəhlizi" layihəsinin vaxtında yekunlaşmasına mümkün təsirlərindən narahatlığını ifadə edib.  

İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, TAP-ın reallaşması ilə bağlı problemlər var: “Əsas problem İtaliya ərazisindəki 221 zeytun ağacının köçürülməsidir. TAP kəməri həmin ərazidən keçdiyi üçün ağacların köçürülməsi vacibdir. Ancaq ekoloji qurumlar buna qarşı çıxırlar. Aprelin 18-də məhkəmə qərar verməsə, TAP-ın reallaşması təxirə salınacaq”.

“Sözsüz ki, layihənin reallaşması zamanı ekoloji tələblərin qorunması vacibdir. Bizim müşahidəmiz zamanı görünür ki, Azərbaycan mavi qazının Avropa bazarlarına çıxmasını istəməyən bir sıra qüvvələr bu faktordan istifadə etməyə çalışırlar. Onlar təkcə Avropa Birliyi daxilindəki qüvvələr deyil” – deyə o bildirib.

Xəbər lenti
0