BAKI, 3 apr — Sputnik. Aprelin 3-ü ştrix-kodun yarandığı gündür.
Belə ki, 1973-cü ilin məhz bu günü IBM şirkəti rəsmi olaraq ştrix-kodun ən yayılmış xətti simvolikalarından olan UPC-ni təqdim edib. Ştrix-kodun yaradıcıları Bernard Silver və Cozef Vudlend sayılırlar.
Bu ixtira məhsulların qeydə alınması və buraxılması prosesini avtomatlaşdırmağa imkan verdi və alıcıya qulluq edilməsini sürətləndirdi. Bu gün ştrix-kod istənilən ticarət obyektinin gündəlik praktikasına daxildir. Ştrix-kod müəyyən mənada maraqlananlar üçün müəyyən məhsul barədə məlumat toplusudur.