BAKI, 3 apr — Sputnik. İllər öncə evindəki silahla səhvən oğlunu vuran qadın barəsində bir nəfər şəxsin "Facebook"da yazdığı şərh başına bəla olub. "Oğlunu özün öldürdün" deyə qadının statusuna şərh yazan Davin Dial ABŞ-ın Şimali Karolina ştatında yaşayır.
Sputnik Azərbaycan "Telegraph"a istinadən bildirir ki, oğlunu yanlışlıqla silahla qətlə yetirən ana Dialı məhkəməyə verib. Karolina məhkəməsi də, qadının heysiyyətinə toxunduğu və böhtan atdığı üçün Davin Dialı rekord pul cəzası — 500 min dollar (862 min AZN) məbləğində cərimələyib.