Hərbçi olmaq istəyənlərin nəzərinə

© arxiv.azCəmşid Naxçıvanski adına hərbi lisey
Cəmşid Naxçıvanski adına hərbi lisey - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gündən etibarən 2017-2018-ci tədris ili üçün hərbi məktəblərə ərizə qəbulu başlayır.

BAKI, 1 apr-Sputnik. Bu gündən etibarən 2017-2018-ci tədris ili üçün hərbi liseylərə ərizə qəbulu başlayır. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Cəmşid Naxçıvanski adına hərbi liseyə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə və Hərbi Tibb Məktəbinə qəbul olmaq istəyən şəxslər 1 aprel 2017-ci il tarixindən etibarən ərizə ilə müraciət edə bilərlər.   

Qeyd edək ki, Cəmşid Naxçıvanski adına hərbi liseyə 8-ci sinfi bitirmiş şagirdlər qəbul olunur. Onlar riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənnlərindən Dövlət İmtahan Mərkəzində test üsulu ilə imtahan verərək qəbul oluna bilərlər.

Qeyd edək ki, Cəmşid Naxçıvanski adına liseydə təhsil müddəti 3 ildir. Liseydə kursantlar ümumtəhsil fənnlərini öyrənməklə yanaşı hərbi hazırlıq və idman dərslərində fiziki imkanlarını inkişaf etdirirlər.

Burada buraxılış imtahanlarını müvəffəqiyyətlə başa vuran kursantlar respublikanın ali hərbi məktəblərinə imtahansız qəbul olunurlar.

Hərbi Tibb fakültəsinə ali məktəblərin 4-cü ixtisas qrupu üzrə qəbul imtahanlarında 450 və daha çox bal toplaşım Azərbaycan Respublikasınını vətəndaşları qəbul olunur. Tibb Universitetinin müalicə-profilaktika, pediatriya və stomatologiya fakültələrinin 4-cü kursunu bitirmiş oğlanlar seçmə yolu ilə qəbul edilirlər.

Xəbər lenti
0