BAKI, 28 mart – Sputnik. ABŞ-a məxsus hərbi gəmilərin Qara dəniz akvatoriyasında patrul aparması Rusiyanın təhlükəsizliyinə potensial təhdiddir.
Sputnik Azərbaycan MK.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb.
“Birləşmiş Ştatlara məxsus gəmilərdə hansı növ raketlərin olduğunu bilmirik. Ona görə, həmin gəmilərin Qara dənizdə patrula çıxmasını ciddi təhdid sayırıq” – bəyanatda qeyd olunub.