BAKI, 28 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Nefçala rayonunda Kür çayının Xəzər dənizinə qovuşan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar. Əlavə məlumat veriləcək.
Kürün Xəzərə qovuşduğu hissədə adam batdı
10:41 28.03.2017 (Yenilənib: 20:55 16.11.2021)
© Sputnik / Aleksey Kudenko
/ Abunə olmaq
FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar