BAKI, 17 mart — Sputnik. Bəşər Əsəd rejiminə məxsus hərbi təyyarələr namaz vaxtı məscidi bombalayıb. 63 dinc sakinin dünyasını dəyişdiyi hadisə, Hələb şəhərinin qərbindəki Etarib qəsəbəsində yaşanıb.
Sputnik Azərbaycan Posta-ya istinadən xəbər verir ki, hadisə nəticəsində yüzə yaxın insan da xəsarət alıb. Hazırda mülki müdafiə qrupları kənd sakinləri ilə birlikdə məscidin dağıntıları altında qalanları xilas etməyə çalışır.