Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bayramqabağı bazarlarda vəziyyət necədir?

© Sputnik / Kamilla AliyevaПредседатель Общества свободных потребителей Азербайджана Эюб Гусейнов
Председатель Общества свободных потребителей Азербайджана Эюб Гусейнов - Sputnik Azərbaycan
Abunə olmaq
Eyyub Hüseynov: “Dövlət orqanlarının qiymət siyasətinə müdaxilə etməsi doğru deyil”

Eyyub Hüseynov: “Bazarda keyfiyyətsiz mallar ortaya çıxıb”
Hər il martın ortalarında Azərbaycanda Novruza hazırlıqla əlaqədar olaraq bayramqabağı ajiotaj yaşanır. Eyni zamanda, ekspertlər həmin dövrdə daha çox tələb olunan məhsulların qiymətlərinin artdığını bildirirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda bazar iqtisadiyyatı olduğu üçün istehsalçı istənilən məhsulu istədiyi qiymətə sata bilər: “Lakin təəssüflər olsun ki, istehsalçılara bəzən təzyiqlər göstərilir. Yarmakalarda dövlət məmurları tərəfindən qiymət tənzimlənməsi cəhdləri baş verir. Dövlət özünün gömrük, vergi siyasətindən istifadə edərək bolluq yarada bilər. Lakin dövlət orqanlarının qiymət siyasətinə müdaxilə etməsi doğru deyil”.

“Açılan yeni yarmakalarda vəziyyəti lazımi səviyyəyə gətirə bilmirlər. Bazar istehlakçılarla, satıcıların nəzarətinə buraxılmalıdır, qiymət ordan formalaşmalıdır. Bazarda keyfiyyətlə bağlı da ajiotaj var. Tələbin təklifi üstələməsinə görə keyfiyyətsiz mallar ortaya çıxıb. Bu il xüsusən də qoz, fındıq ləpələrində acılığın olması zəhərli göbələklərin olmasına görədir. Həmçinin qiymətin artması müşahidə olunur. Ən çox isə balıq məhsullarının qiymətində artımı var” – deyə o bildirib.

Xəbər lenti
0