QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan Suriya və Livan ermənilərini Qarabağda yerləşdirmək istəyir

© AFP 2024 / JOSEPH EIDLivan erməniləri
Livan erməniləri - Sputnik Azərbaycan
Abunə olmaq
Xələf Xələfov: "Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir"

BAKI, 15 mart — Sputnik. "Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində narkotik, silah və insan alveri ilə məşğul olur. Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib və bu məsələyə baxışda ikili standartlar var".

© Photo : REPORT IAXarici işlər nazirinin müavini Xələf Xələfov
Xarici işlər nazirinin müavini Xələf Xələfov  - Sputnik Azərbaycan
Xarici işlər nazirinin müavini Xələf Xələfov

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, müstəqilliyi bərpa edəndən sonra Azərbaycan Ermənistan tərəfindın təcavüzə məruz qalıb və ərazilərin 20 faizi işğal olunub.

"Bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün problemi yaranıb. Azərbaycan həm ölkə daxilində, həm də xaricdə qaçqın və köçkünlərə öz yardımını əsirgəmir. Hökumətimiz bu sahədə müvafiq qanunvericilik sistemi yaradıb, mənzil təminatı yaxşılaşıb, yoxsulluq azalıb. Ancaq onların problemi torpaqlar azad ediləndən sonra tam həllini tapacaq. Hökumət bununla bağlı Böyük Qayıdış Proqramı hazırlayıb. Azərbaycan hökuməti keçən il işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlayıb" — Xələfov vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın məqsədli məskunlaşma siyasəti beynəlxalq hüquqa görə müharibə cinayətidir: "Ermənistan tərəfindən Suriya və Livandan olan ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsi təşviq edilir. Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir".

Nazir müavini əlavə edib ki, Azərbaycan işğal olunmuş ərazilərini tezliklə azad edəcək, qaçqın və məcburi köçkünlərin problemləri həllini tapacaq: "Beynəlxalq birlik bu məsələdə ölkəmizə dəstək verməlidir".

Xəbər lenti
0