Dollara ard-arda zərbə

© REUTERS / Romeo RanocoDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Digər bankların da dolların alış və satış qiymətlərini aşağı salacağı gözlənilir

BAKI, 15 mart — Sputnik. Banklar dolları aşağı salmaqda bir-biriləri ilə yarışır. Sputnik Azərbaycan "Marja" xəbər verir ki, Günay Bank dolların alış qiymətini 1.7050 manatdan 1.70 manata, satış qiymətini isə 1.7280 manatdan 1.72 manata endirib.

Amrah Bank dolların alış qiymətini 1.70 manatdan 1.68 manata, satış qiymətini isə 1.7350 manatdan 1.72 manata salıb. Bank of Baku Dolların satış qiymətini 1.7330 manatdan 1.73 manata endirib.

Banklar bir-birlərinə baxıb alış və satış məzənnələrini aşağı salır. Artıq 5 bank dolları 1.73 manat səviyyələrindən satır. Günay Bank və AmrahBank-ın ardınca digər bankların da dolların alış və satış qiymətlərini aşağı salacağı gözlənilir. Günay Bank dolları ən baha alıb, ən ucuz satan banklardan biridir.

Xəbər lenti
0