Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan çempionatı qadınların mübarizəsi ilə başladı

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidAğır atletika məşqləri, arxiv şəkli
Ağır atletika məşqləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qızıl medala qazaxlı Abbasova Elnarə qazanıb

BAKI, 2 mart — Sputnik. Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilir. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayır.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq ilk yarış qrupu arxada qalıb. Qadınlar qalibləri Sinkleyr cədvəli üzrə müəyyənləşdiriblər. Qızıl medala qazaxlı Abbasova Elnarə sahib çıxıb. O, toplam 190 kq (84+106) nəticə və 250.47 Sinkleyr xalı ilə bütün rəqiblərini üstələyib.

Gümüş medalı isə qalibdən çox cüzi fərqlə geridə qalan Səbinə Əzimova qazanıb. O, toplam 167 kq (73+94) nəticə və 250.06 xalla kifayətlənib və fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bürünc medal sumqayıtlı atlet Firuzə İbrahimovaya qismət olub. O, toplam 170 kq (75+95) nəticə və 230.92 xal toplayıb.

Qeyd edək ki, çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər lenti
0