Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Cəbiş müəllim Qarabağın son şahzadəsi barədə

Abunə olmaq
Sonuncu Qarabağ xanı Mehdiqulunun qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını verib.

Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün оnu sarayda "Dürrü yeкta" (Təк inci), el arasında isə "Xan qızı" çağırıblar.

Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmayıb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir-Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə оlan şövq və həvəsi qüvvətləndiriblər.

Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çatıb.

Natəvan həm də istedadlı rəssam olub. Onun bədii tikmələri “Gül dəftəri” (1886) adlı albomundakı rəsmlər buna sübutdur.

Xan qızı Şuşada “Məclisi-ün” (dostluq, ülfət məclisi) yaradaraq onun bütün xərclərini öz üzərinə götürmüşdü. O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə yazırdı. 

Xurşidbanu Azərbaycan tarixində lirik şair və rəssam kimi şöhrət tapmayıb. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi.

Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib, məzarı Ağdamın “İmarət” qəbiristanındadır.

Xəbər lenti
0