CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirliyə 6 milyon dəfədən çox müraciət edilib

© Photo : ƏƏSMN mətbuat xidmətiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldovalı nümayəndə heyətinin təqdimatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Moldovalı nümayəndə heyətinin təqdimatı - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

BAKI, 15 fev — Sputnik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində İKT-nin tətbiqi üzrə təcrübəni öyrənmək məqsədilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti üçün nazirliyin avtomatlaşdırılmış sistemlərinə dair təqdimat tədbiri keçirilib.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə çıxış edən nazirliyin informasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov bildirib ki, hazırda əmək və sosial müdafiə sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir. Onlar “Elektron Hökumət” portalında vətəndaşların ən çox faydalandığı  e-xidmətlər sırasındadırlar. Təkcə 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 6 milyon 550 min dəfə  müraciət olunub. 

Prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əlillər üçün sosial reabilitasiya mərkəzləri açıldı

Qeyd edək ki, nazirliyin Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi müvafqi sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəvidə və tam şəffaf şəkildə təşkil edilməsinə səbəb olub. 

Təqdimatdan razılıqlarını bildirən qonaqların səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Fondun Xəzər rayon şöbəsinin, habelə Müharibə və Əmək Əlilləri üçün Pansionatının, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olmaları da nəzərdə tutulub.

Xəbər lenti
0