Əli Babayev: “Çox böyük qlobal dəyişikliklər gözləyirik”
Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün Şengen zonasına viza rejiminin ləğvi barədə qərar qəbul edib. Bundan sonra Gürcüstan vətəndaşı olan şəxslər heç bir maneə olmadan Şengen zonasına səfər edə biləcəklər.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev deyir ki, Gürcüstan vətəndaşları bu qərarı çoxdan gözləyirdi. “Müddətin bu qədər uzanmasının bəzi səbəbləri var idi. Gürcüstanda milli azlıqlar problemi bunlardan biri idi. Buna baxmayaraq, Gürcüstan azərbaycanlılarının problemləri bu gün də qalmaqdadır”.
“Biz Gürcüstanda yaşayıb vətənimizin dilini bilmirik. Bizim əsas vətənimiz Gürcüstandır. Dünyada baş verən hadisələrdən çox böyük qlobal dəyişikliklər gözləyirik” — deyə o bildirib.