Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Xarüqələr yaradan 9 azərbaycanlı...

© Sputnik / Ilham MustafayevO qəhrəman doqquzluqdan məşqçi Qədir Həsənov və oyunçulardan Nizami Eminov artıq "komandadan" ayrılıblar.
O qəhrəman doqquzluqdan məşqçi Qədir Həsənov və oyunçulardan Nizami Eminov artıq komandadan ayrılıblar. - Sputnik Azərbaycan
Abunə olmaq
İdman zalı olmayan bir məktəbin şagirdləri SSRİ məkanında mümkünsüzü bacarıblar

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 3 fev — Sputnik. 50 il bundan əvvəl, Azərbaycanın kənd orta məktəblərindən birinin idman kollektivi elə bir uğura imza atdı ki, bunu bəlkə də indiyədək heç bir məktəb bacarmayıb. Söhbət Mingəçevir şəhərinin 8 illik orta məktəbindən, daha doğrusu bu məktəbin voleybol komandasından gedir.

Köhnə tipli, idman zalı belə olmayan bu məktəbin şagirdləri 1967-ci ildə öncə şəhər birinciliyinin, ardınca isə Azərbaycan çempionatının qalibi olublar. Qazandıqları uğurların davamı olaraq 15 respublikanın, həmçinin Moskva, Leninqrad kimi böyük şəhərlərin komandalarının qatıldığı məktəblilər arasında SSRİ çempionatına yollanıblar.

© Sputnik / Ilham MustafayevSahib Əmikişiyev
Sahib Əmikişiyev  - Sputnik Azərbaycan
Sahib Əmikişiyev

Burada bir məqamı vurğulayaq ki, həmin komandanın məşqçisi Qədir Həsənov əslində ixtisaslı idman müəllimi olmayıb. Məktəbdə ibtidai sinif müəllimi olan Q. Həsənovun formalaşdırdığı kollektiv adını idman tarixinə qızıl hərflərlə yazmağı bacarıb.

Keçmiş komanda üzvlərindən olan Sahib Əmikişiyev Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində o dövrü belə nəql edib: "O vaxt 14-15 yaşımız vardı. Məktəbin həyətində tozlu, palçıqlı meydançada oynayardıq. Rəhmətlik Qədir müəllim də dərsdən sonra evə getmirdi, bizimlə bərabər oynayaraq, məşq keçirdi. Bizi elə hazırlaşdırmışdı ki, iki dəfə ard-arda Respublika çempionluğunu qazandıq".

"1968-də də eyni heyət və məşqçi ilə SSRİ çempionatına yollandıq. Əvvəl Qırğızıstana qalib gəldik. Ardınca Pribaltika kamandaları ilə qarşılaşdıq. Balaca qarabala uşaqlar idik. Onlarsa bizdən böyük, boylu- buxunlu idmançılar idilər. Və taxta meydançada oynamamış bir kənd komandası SSRİ kimi böyük bir çempionatda hara qədər gedə bilərdisə, getdik — 8-likdə məğlub olduq. Amma bu, həmin şərtlərdə bir komandanın qazana biləcəyi ən böyük uğur idi" — deyir S. Əmikişiyev.

Danışır ki, 8 illiyi bitirəndən sonra komanda üzvlərinin hərəsi bir məktəbə üz tutub: "Komanda dağıldı. Sonradan hərəmiz bir sahəni seçdik. Kimi futbola getdi, kimi instituta girdi…"

Həmsöhbətimiz sözügedən dövrdə Mingəçevirdə idmanın çox inkişaf etdiyini qeyd edir: "1967-1968-ci illərdə Mingəçevirin futbol, habelə qızlardan ibarət voleybol komandaları ard-arda Respublika çempionu olurdu. SSRİ-də ikinci avarçəkmə bazası Mingəçevirdə yerləşirdi. Hətta zavod-fabriklərin idman komandaları var idi ki, orda milliyə layiq idmançılar oynayırdılar. Hətta iş axtaranda zavod rəhbərləri bizə deyirdilər ki, "gəl bizim zavodda işlə, hər şeylə təmin edəcəyik, təki zavodun komandasında oyna". İdmanda güclü rəqabət vardı".

© Sputnik / Ilham MustafayevƏfsanəvi komandanın üzvləri indi də bir-birilərini yaddan çıxarmır, hər il may ayının 9-da bir yerə yığışır, ötən günləri yada salırlar.
Əfsanəvi komandanın üzvləri indi də bir-birilərini yaddan çıxarmır, hər il may ayının 9-da bir yerə yığışır, ötən günləri yada salırlar.  - Sputnik Azərbaycan
Əfsanəvi komandanın üzvləri indi də bir-birilərini yaddan çıxarmır, hər il may ayının 9-da bir yerə yığışır, ötən günləri yada salırlar.

İdmanın uşaqlıqdan onun həyat tərzinə çevrildiyini deyən 64 yaşlı Sahib Əmikişiyev bu gün də idmanla məşğuldur. Evində demək olar ki, bütün idman qurğuları quraşdırıb. Hətta bir müddət həbsxana həyatı da yaşayıb.

"Kalona təzə girəndə gördüm ki, voleybol oynayırlar. Qabağıma çıxan kəndçimizə dedim ki, mən də oynamaq istəyirəm. Gülüb dedi ki, "hələ bir yatacağın, qalacağın yeri müəyyənləşdir, sonra gedib oynayarsan". Üç il həbsxanada olduğum müddətdə voleybolu orada inkişaf etdirdim. "Oğru aləmi"ndən tutmuş həbsxana rəhbərliyinə kimi hamı məni tanıyırdı" — deyir yaşlı idmançı.

Bir vaxtlar tarix yazan o insanlar indi də bir-birilərini yaddan çıxarmır, hər il may ayının 9-da bir yerə yığışır, ötən günləri yada salırlar. Bəzən də oyunları sanki yenicə qurtarıbmış kimi mübahisə edir, kimin harada hansı səhvinin ucbatından uduzduqlarını dəfələrlə müzakirə edirlər. O günlərin həyəcanını yenidən yaşayırlar.

Lakin zaman da öz işini görür. O qəhrəman 9-luqdan məşqçi Qədir Həsənov və oyunçulardan Nizami Eminov artıq "komandadan" ayrılıblar.

Xəbər lenti
0