Politoloq: “Regionda yeni bir qarşıdurma ocağı yarana bilər”

© Photo : PUBLIC DOMAINSiyasi şərhçi Elçin Mirzəbəyli
Siyasi şərhçi Elçin Mirzəbəyli - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasi şərhçi Elçin Mirzəbəyli deyir ki, Vaşinqtonla Tehran arasında ənənəvi ritorikanın davamının şahidi ola bilərik

ABŞ tərəfdən İrana qarşı sanksiyalar davam etdirilsə, bu, Tehranın mövqelərinə ciddi təsir göstərəcək.
Tramp nüvə sazişini ləğv etsə belə, Amerika ilə İran arasında açıq qarşıdurma yaranmayacaq. Bu fikirləri Sputnik Azərbaycan-a siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.

“Əgər bu saziş Birləşmiş Ştatlar tərəfdən birtərəfli qaydada dayandırılsa, təbii olaraq nə iləsə əsaslandırılacaq. Çox güman ki, Amerikanın bu yanaşması İranın Suriyadakı fəaliyyətlərindən qaynaqlanır. Yaxud da, ABŞ-da İranın nüvə proqramına dair hansısa kəşfiyyat məlumatları var” — deyə ekspert bildirib.  

“Əgər Tramp həqiqətən sazişi ləğv etsə, regionda yeni bir qarşıdurma ocağı yaranacaq. Vaşinqtonla Tehran arasındakı ənənəvi ritorikanın davamının şahidi ola bilərik. ABŞ tərəfdən İrana qarşı sanksiyalar davam etdirilsə, bu, Tehranın mövqelərinə ciddi təsir göstərəcək. Bu, həm də neft bazarında olan vəziyyətin dəyişməsinə zəmin yarada bilər. İran böyük neft ixracatçısıdır. Yenidən ona qarşı sanksiyalar tətbiq olunsa, qara qızılın qiymətində müəyyən sıçrayışlar baş verər. Biz yaxın dövrdə maraqlı proseslərin şahidi olacağıq. Lakin bütün hallarda, bu, ABŞ-la İran arasında açıq qarşıdurmaya gətirib çıxarmayacaq” — ekspert bildirib. 

Xəbər lenti
0