Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Biri sənsən, biri mən..."

© regionplusİslam Rzayev
İslam Rzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Görkəmli xanəndə İslam Rzayev 2008-ci il yanvarın 26-da vəfat edib

BAKI, 26 yan — Sputnik. Azərbaycanın xalq artisti, müğənni İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib.

Rzayev peşəkar musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alaraq (1951-1956), Seyid Şuşinskinin sinifində muğam dəsgahlarını mükəmməl öyrənib. O həmçinin, Zülfi Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri alaraq sənətini təkmilləşdirib. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib, Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb.

Onun ifa etdiyi "Çahargah", "Bayatı-Kürd", "Mahu-Hindi", "Rast" muğam dəsgahları AzTV-nin fonuduna daxil edilib.

İslam Rzayev mahnı da bəstələyib.

İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb, 120-ə yaxın gənc ifaçı yetişdirib, Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub.

2008-ci il yanvarın 26-da Bakı şəhərində vəfat edib.

Xəbər lenti
0