Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Təsadüfi" erməni gülləsinə tuş gəlmiş daha bir ziyalımız

© Photo : PUBLIC DOMAINFirudin bəy Köçərli
Firudin bəy Köçərli - Sputnik Azərbaycan
Abunə olmaq
Firidun bəy Köçərli ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi, böyük vətəndaş və milli duyğulara sahib bir fədai kimi adını tariximizə həkk etdirib

BAKI, 26 yan — Sputnik. Maarifçi alim, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərli 1863-cü il yanvarın 26-da Şuşada doğulub.

İbtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alıb. Atası Əhməd bəyin elmə, maarifə, böyük marağı və həvəsi olub. Bu səbəbdən də oğlunu dövrünün ən yaxşı məktəblərində oxutmaq istəyində idi. Atasının arzularına rəğmən Firidun bəy Köçərli doğma şəhərdə fəaliyyət göstərən Rus Məktəbinə daxil olub. O dövrdə məşhur rus pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli onun diqqətini çəkib. Beləliklə, Firidun bəy Köçərli öz taleyini seminariyaya bağlayıb. 1879-1885-ci illər ərzində burada təhsil alıb.

Seminariyanı bitirəndən sonra bir müddət İrəvan gimnaziyasında dərs deyib. Köcərlini İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. 

Köçərli Qori Müəllimlər Seminariyasında dərs deyib, 1918-ci ildə seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub.

Firidun bəy Köçərli 1920-ci ilin mayında Gəncədə baş verən antisovet üsyanı zamanı XI Qızıl ordunun 20-ci diviziyasının hökmü əsasında həbs edilib. Erməni Sarkis Danilyanın diktəsi ilə Firidun bəy Köçərli haqqında verilən saxta hökmə əsasən barəsində güllələnmə qərarı çıxarılıb. Bu qərarı fövqəladə komissar Həmid Sultanov təsdiq edib.

Firidun bəy Köçərlinin həbs edilməsi haqqında xəbər o zaman Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova çatdırılıb. O Firidun bəyin azad olunması barədə Gəncəyə teleqram göndərib. Təəssüf ki, artıq gec idi. Canilərin göstərişi ilə arxadan atılan güllə Firidun bəyin həyatına son qoyub. Uzun illər bu məsələ gizli saxlanılıb və onun bir təsadüf nəticəsində güllələndiyi bildirilib.

Xəbər lenti
0