Emin Əmrullayev: “Əsas məqam hansı bacarıqların formalaşmasıdır”
Yeni qaydalara əsasən, 9-cu sinifdə buraxılış imtahanı iki mərhələdə keçiriləcək. Tam orta təhsil (11-ci sinif) səviyyəsi üzrə isə buraxılış imtahanı qaydalarında isə dəyişiklik edilməyib.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyir ki, dəyişikliklərdə olan əsas məqam şagirdlərin bacarıqları ilə bağlıdır: “Əgər biz 25 il imtahanlarda şifahi nitqi ölçməmişiksə, bu gün bizim insanların normal nitqdə danışa bilməməsi təəccüb doğurmamalıdır. Və ya biz 25 il yazı bacarıqlarını ölçməmişiksə, bizdə təəccüb yaranmamalıdır ki, niyə məzun yaza bilmir. Çünki yaxşı yazmaq abituriyentin universitetə qəbul olunması ilə nəticələnmir”.
“Məncə, biz bu məsələni baza olaraq anlamalıyıq və arqumentlərimizi də bunun üzərindən qurmalıyıq. Ona görə də, şagirdlərdə hansı bacarıqların formalaşması və ölçülməsi bizim üçün məsələnin ən əsas məqamıdır” — deyə o bildirib.