Politoloq: "Amerika elitası qüdrətini itirdiyini görür"

© Sputnik / Murad OrujovPolitoloq Tofiq Abbasov
Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
Abunə olmaq
Tofiq Abbasov: "Dünyada Amerikanın lider rolu sona çatıb"

Tofiq Abbasov: "ABŞ bütün prosesləri köhnə qayda ilə idarə edirdi"
Bu gün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın paytaxt Vaşinqtonda inauqurasiya mərasimi keçiriləcək. Politoloq Tofiq Abbasov deyir ki, biz ABŞ-ın daxilində böyük sıxıntıların yaşandığını görürük: “Amerikanın elitası özü də artıq qüdrətin əldən getməsinin şahididir. Qlobal miqyasda Amerikanın yekdil lider rolunu oynaması sona çatıb. Yaxın Şərqdəki hadisələr və dünya bazarında baş verən transformasiyalar onu göstərir ki, artıq Amerika elitası prosesləri təkbaşına idarə edə bilmir”.

“Rusiyanın bir çox problemlərə və məsələlərə müdaxiləsi onu göstərdi ki, artıq Rusiyanın da kifayət qədər potensiyalı var və bu ölkə birqütblü dünyanın fəsadlarını görərək proseslərə qatılır ki, dağıdıcı effektlərin azalmasını təmin etsin. İndi biz ABŞ-ın daxilində də böyük sıxıntıların yaşandığını görürük. Bu onunla bağlıdır ki, hətta bu gün inauqurasiya mərasimində bir qrup ictimai fəallar və onların arxasındakı siyasi fiqurlar Donald Trampın qələbəsinin qeyri-qanuni olduğunu göstərmək istəyirlər. Onlar çalışacaqlar ki, mərasim zamanı ölkədə qarışıqlıq və gərginlik yaratsınlar” — deyə o bildirib.

Xəbər lenti
0