BAKI, 19 yan — Sputnik. Yanvarın 20-də "ASAN xidmət" mərkəzləri işləməyəcək. Bu barədə Sputnik Azərbaycan-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, 20 Yanvar — Ümumxalq Hüzn Günü ilə əlaqədar "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq. 21 yanvar tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, vətəndaşlar "ASAN xidmət" mərkəzlərinin iş rejimi haqqında ətraflı məlumatı 108 Çağrı Mərkəzindən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.