ELM

Buraxılış imtahanlarının yeni qaydaları müzakirə olunacaq

© Sputnik / Rahim Muradovİmtahan
İmtahan - Sputnik Azərbaycan
Abunə olmaq
9-cu siniflər üçün buraxılış imtahanlarının yeni qaydaları: onlar nə verəcək?

Jurnalistlərin nəzərinə! 18 yanvar saat 12:00-da "9-cu siniflər üçün buraxılış imtahanlarının yeni qaydaları: onlar nə verəcək?" mövzusunda mətbuat konfransı olacaq.

Bu yaxınlarda Azərbaycanda orta ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün buraxılış imtahanlarının yeni qaydaları müəyyənləşib. Bu qaydalara əsasən, imtahanlarda təkcə şagirdlərin bilik səviyyəsi deyil, meylləri də öyrəniləcək. Nəticədə, ixtisaslaşmış siniflər formalaşdırılacaq.

Bu prosesin necə gedəcəyi və onun pilot məktəblərə nə verəcəyi barədə Təhsil Nazirliyinin nümayəndələri, həmçinin Dövlət İmtahan Mərkəzinin nümayəndələri Afiqə Batıyeva və Aydın Qasımov, təhsil sahəsi üzrə ekspertlər Şahlar Əsgərov və Nadir İsrafilov danışacaq.

Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

Xəbər lenti
0