CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Universitetlərin vergi borcu silinib

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Vergilər Naziliyi
Azərbaycan Respublikası Vergilər Naziliyi - Sputnik Azərbaycan
Abunə olmaq
2010-cu ildə fəaliyyəti dayandırılan ABU-nun 353 309 manat olan vergi borcu silinib. Müstəqil Azərbaycan Universitetinin isə 98 399 manatlıq borcu "bağışlanıb".

BAKI, 17 yan — Sputnik. Azərbaycanda fəaliyyətdə olan və fəaliyyəti dayandırılmış bir neçə universitetin vergi borcu silinib. Sputnik "Report"a istinadən xəbər verir ki, 2017-ci il yanvarın 1-i tarixinə faiz və maliyyə sanksiyaları üzrə mövcud olan borcları qeyd-şərtsiz olaraq silinmiş vergi ödəyicilərinin siyahısında Azərbaycan Beynəlxalq Universitetinin (ABU) də adı var.

2010-cu ildə fəaliyyəti dayandırılan ABU-nun 353 309 manat olan vergi borcu silinib. Müstəqil Azərbaycan Universitetinin isə 98 399 manatlıq borcu "bağışlanıb".

Hazırda fəaliyyət göstərən Sumqayıt Dövlət Universitetinin 360 301 manat, Əlibəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin isə 52 049 manat məbləğində vergi borcu silinib.

Xəbər lenti
0