Kipr müzakirələri yanvarın 18-də davam edəcək

© REUTERS / Umit BektasMövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Danışıqlar başa çatdıqdan sonra zamin ölkələrin xarici işlər nazirləri konkret təkliflər hazırlayacaqlar

BAKI, 13 yan — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cenevrədə keçirilən Kipr müzakirələrindən sonra jurnalistlərə açıqlama verib. Sputnik xəbər verir ki, o, məsələnin qısa müddətdə həll olunmasının vacibliyinə toxunaraq, uzun-uzadı danışıqların problemə yardımçı olmadığını söyləyib.

Штаб квартира ООН в Европе, где проходили переговоры по Кипру, Женева, Швейцария, 9 января 2017 года - Sputnik Azərbaycan
TƏHLİL
Yarım əsrlik münaqişənin həllində yeni dönəm

"Biz əbədiyyətə qədər danışıqlar apara bilmərik. Bacardığımız qədər tez bir zamanda bu məsələni yekunlaşdırmalıyıq" — nazir bildirib.

Yunanıstan tərəfinin xahişi ilə danışıqların daha 1 həftə uzadıldığını deyən Çavuşoğlu əlavə edib ki, müzakirələr yanvarın 18-də mütəxəssislərin iştirakı ilə davam etdiriləcək.

Nazir bildirib ki, danışıqlar başa çatdıqdan sonra zamin ölkələrin — Türkiyə, Yunanıstan və İngiltərənin xarici işlər nazirləri konkret təkliflər hazırlayacaqlar. Şimali və cənubi Kipr rəhbərləri BMT-nin də köməyi ilə yenidən bir araya gələcək və təkliflər dəyərləndiriləcək. Çavuşoğlu sonda, Kipr məsələsinin həllində hər kəsin səmimi olmasının vacibliyinə toxunub.

Xəbər lenti
0