Azərbaycan İslam Hərbi Alyansına daxil olur?

© Sputnik / Murad OrujovПанорама Баку
Панорама Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Pakistan KİV-nin məlumatına əsasən, Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar verib.

BAKI, 9 yan — Sputnik. Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib.

Bu barədə Pakistanın “dunyanews.tv” saytına Alyansdakı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

Məqalədə həmçinin qeyd olunur ki, İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahathir Məhəmməd və Səudiyyə Ərəbistanı kralının nümayəndəsi Fəzai Məhəmməd tərəfindən təklif olunub. Lakin digər müsəlman dövlətlərinin reaksiyası bu ideyanı reallaşdırmağa imkan verməyib. Sonradan Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və İŞİD-in Şimali İraqdakı fəaliyyəti Səudiyyə Ərəbistanına bu təklifi praktik müstəviyə çıxarmaq imkanı yaradıb.

Həmçinin İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olmasının nəzərdə tutulduğu bildirilir.

Xəbər lenti
0