Banklar bundan sonra dolğun məlumat verməyə məcbur olacaq

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Bu reytinqlər imkan verəcək ki, banklar müştəriləri ilə hansı formada davranışlarını əvvəlcədən planlaşdıra, kredit səviyyəsini, faizlərini, risk dərəcəsini müəyyənləşdirə bilsinlər

Rəşad Həsənov: Bu reytinqlər bankların kredit siyasətində effekt verərsə, bu, rəqabət mühitinin yaranmasına müsbət təsir göstərəcək
“Azərbaycanda milli reytinq agentliklərinin yaradılması mütərəqqi, struktur islahatları baxımından irəliyə doğru addım olar”, — iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, maliyyə bazarlarının inkişaf etdirilməsindən söhbət gedirsə, bu zaman müxtəlif tərəflərin maraqlarını müdafiə edən qurumların və bütün elementlərin öz yerində olmasına ehtiyac var.

Ekspertin sözlərinə görə, bu addım, xüsusilə də kreditorların maliyyə vəziyyətinin qiymətləndirilməsi, fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin olunması, eyni zamanda, bank və digər kredit təşkilatları üçün daha dolğun informasiya mənbəyinin və sağlam kredit portfelinin formalaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. 

Xəbər lenti
0