CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlarla bağlı yeni qanun layihəsi hazırlanır

© Photo : APAHadı Rəcəbli, Milli Məclisin Komitə sədri
Hadı Rəcəbli, Milli Məclisin Komitə sədri - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək Azərbaycanda uşaq hüquqları ilə bağlı 35 ayrıca qanun hazırlanıb, 100-dən çox qanuna əlavə və dəyişikliklər edilib

BAKI, 15 dek — Sputnik. "İndiyədək Azərbaycanda uşaq hüquqları ilə bağlı 35 ayrıca qanun hazırlanıb, 100-dən çox qanuna əlavə və dəyişikliklər edilib. Bütün dövrlərdə bilavasitə UNİCEF ilə əməkdaşlıq etmişik".

Qadın - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda hər 3 qadından birində dəmir çatışmazlığı problemi var

Sputnik xəbər verir ki, bunu parlamentdə, "Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis — UNİCEF əməkdaşlığı" mövzusunda keçirilən tədbirdə əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Millət vəkili bildirib ki, dövlət başçısı sosial müdafiə sistemində uşaq siyasətini həmişə öndə görür və bununla bağlı ardıcıl işlər aparılıb.

"Buna misal olaraq, ölkəmizdə məktəblərin tikintisi, idman qurğularının yaradılması və digər addımların atılmasını göstərmək olar", — deputat bildirib.

O, qeyd edib ki, UNİCEF ilə əməkdaşlıq davam edir: "Bu gün layihələrimiz çoxdur. Uşaqların istirahəti ilə bağlı qanun layihəsi bizim şöbədə var və üzərində iş gedir. Məktəb turizmi var və ən vacib məsələlərdən biridir. Azərbaycanda dəmir çatışmazlığı ilə bağlı məsələ gündəmdədir. Həssas qruplar ilə bağlı yenə də qanunlarımızda görüləsi işlərimiz çoxdur".

Xəbər lenti
0