BAKI, 10 dek — Sputnik. Nobel Mükafatları 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnamə ilə Alfred Nobel tərəfindən qurulan dərnəyin verdiyi, insanlığa xidmət edənləri mükafatlandırmaq məqsədini daşıyan nüfuzlu bir mükafatdır. İlk Nobel Mükafatları 1901-ci ildə verilməyə başlanıb.
1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyanı dəyişdi" adında nekroloqu oxuyub. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başlayıb. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəlib.
Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat edib.
Nobel mükafatının təntənəli təqdimetmə mərasimi Alfred Nobelin anma günündə, yəni dekabrın 10-da Oslonun Mərkəzi (Şəhər) Zalında təşkil edilir.
Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil edib.
Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən aşağıdakı alti sahə üzrə verilməlidir:
Kimya üzrə Nobel mükafatı
Fizika üzrə Nobel mükafatı
Fiziologiya və tibb üzrə Nobel mükafatı
Ədəbiyyat üzrə Nobel mükafatı
Nobel Sülh mükafatı
İqtisadiyyat üzrə Nobel mükafatı