Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda silahlı basqın: mühafizəçilərə ağır xəsarət yetirildi

© Sputnik / Murad OrujovBakıda polislər. Arxiv şəkli
Bakıda polislər. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir

BAKI, 5 dek — Sputnik. Bakıda zavoda basqın olub. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Sahil qəsəbəsi ərazisində yerləşən zavoda basqın edən 4 nəfər oranın mühafizəçiləri — 1990-cı il təvəllüdlü Ruslan Qərib oğlu Hacıyevi bıçaqlayıb, digər mühafizəçi, 1993-cü il təvəllüdlü Rəhim Arif oğlu Rəhimovun başına küt alətlə vurublar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Xəbər lenti
0