BAKI, 25 noy — Sputnik. Türkiyə Mərkəzi Bankının faiz qərarından sonra, 3.40-dan 3.36-a geriləyən dollar, təkrar yüksələrək rekord qırıb. Dolların məzənnəsi bu səhər 3.47-nin üzərinə çıxıb. Sputnik milliyet-ə istinadla xəbər verir ki, hazırda dolların məzənnəsi 3.4602 — 3.4766 aralığında dəyişir.
Dolların məzənnəsi dünən Türkiyə Mərkəz Bankının faiz artımından sonra 3,37-nin altına qədər geriləmişdi. Daha sonra isə sərt şəkildə yüksələn məzənnə rekord üstünə rekordlar qırmışdı.