Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda baş vermiş ən dəhşətli zəlzələlər

Abunə olmaq
Zəlzələ yeraltı zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə müşayiət olunan təbii olaraq, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunan süni olaraq baş verir.

Azərbaycan da öz mövcudluğu dövründə çoxsaylı insan tələfatı və dağıntılarla müşayiət olunan zəlzələlər görüb.

Məsələn, 1139-cu ildə sentyabrın 30-da baş vermiş 9 ballıq zəlzələ zamanı Gəncə şəhəri dağılıb, çox sayda insan həlak olub. Zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qabağını kəsib və təbii gözəlliyi ilə fərqlənən Göygöl gölü yaranıb. Bu zəlzələ haqqında Nizami Gəncəvi "İqbalnamə"sində yazıb.

Şamaxı şəhəri də çoxsaylı zəlzələlərə məruz qalıb. Hətta təbii fəlakətə görə şəhərin yeri də dəyişdirilib.

Vətənimizdə baş vermiş ən dəhşətli zəlzələlər barədə Sputnik-in hazırladığı infoqrafikadan ətraflı məlumat əldə edə bilərsiniz.

Xəbər lenti
0