Politoloq: İƏT-in baş katibinin istefa verməsi düşünmürəm ki, təşkilatın nüfuzuna zərbə vursun
“İslam Əməkdaşlıq təşkilatı çox böyük beynəlxalq təşkilatdır. Nüfuzu kifayət qədər yüksəkdir. İƏT-in baş katibinin istefa verməsi düşünmürəm ki, təşkilatın nüfuzuna zərbə vursun, yaxud da hörmətini aşağı salsın”,- politoloq Fikrət Sadıxov hesab edir ki, İyad Madaninin istefasının obyektiv və ya subyektiv səbəbləri ola bilər.
Politoloq daha sonra bunları deyib: “Aydın məsələdir ki, Yaxın Şərqdə, ümumilikdə İslam aləmində vəziyyət olduqca mürəkkəbdir. Və bu təşkilatı idarə etmək üçün bir sıra incəlikləri nəzərə almaq lazımdır. Bu qurumda obyektiv yanaşma tələb olunan bir vəziyyət yaranıb. İyad Madaninin əvəzinə layiqli şəxsin seçiləcəyinə şübhə etmirəm. İƏT-in fəaliyyəti bundan sonra da uğurla davam edəcək”.