BAKI, 4 noy-Sputnik. Hasilatın azaldılması ilə bağlı razılaşmanın tətbiqinə dair şübhələrin güclənməsi və ABŞ-da neft ehtiyatlarının artması neft qiymətləri üçün doqquz ayın ən böyük həftəlik itkisinə səbəb olub.
Sputnik bloomberght-ə istinadla xəbər verir ki, Qərbi Texas nefti (WTI) NYMEX bazarında 13 sent yüksələrək bir barrel üçün 44.79 dollara satılıb. Dünən isə qiymət 1.5 faiz ucuzlaşaraq 44.66 dollar nəticə ilə 23 sentyabrdan bəri ən aşağı səviyyəyə düşüb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri 14 sent yüksələrək 46.49 dollara çatıb. Dünən isə 1.1% düşərək günü 46.35 dollarla tamamlayıb.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar ucuzlaşaraq 46,30 dollar təşkil edib.