BAKI, 1 noy – Sputnik. ABŞ-ın məşhur CNN telekanalı Demokratlar Partiyası Milli Komitəsinin sədri vəzifəsinə təyin olunan keçmiş əməkdaşı Donna Brazil ilə yollarını ayırıb.
Sputnik CNBC-yə istinadən xəbər verir ki, Donnanın işdən qovulmasına səbəb onun respublikaçı namizəd Donald Tramp ilə debatlar zamanı verilə biləcək suallar barədə Hillari Klintonu əvvəlcədən məlumatlandırması olub.
"Donnanın CNN-in işçisi olduğu zaman Klintonla qarşılıqlı fəaliyyətdə olmasını öyrənmək bizi təəssüfləndirdi", — deyə kanalın məlumatında bildirilir.