BAKI, 31 okt – Sputnik. İraqın Mosul şəhərinin İŞİD terrorçularından tәmizlәnmәsi üçün davam edən hərbi әmәliyyat çərçivəsində Kanune, Hakul, Ali Riş və Rojbeyan kəndləri azad edilib.
Sputnik Ensonhaber-ə istinadən xəbər verir ki, Başika qəsəbəsi isə oktyabrın 23-dәn etibarәn peşmerge qüvvələri tərəfindən mühasirə altına alınıb.
Xatırladaq ki, Mosulun İŞİD-dən təmizlənməsi üçün İraq Ordusu, Peşmərgə qüvvələri və Başika bazasında türk əsgərlərinin tәlim keçdiyi Ninova mücahidləri oktyabrın 17-dә әmәliyyat başladıb.