Yaqub Mahmudov: Azərbaycan xalqı sadəcə özünü və sərhədlərini qoruyan xalq deyil, eyni zamanda imperiya yaradan xalqdır
Oktyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. O.Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” monoqrafiyasını yazaraq səfəvilərin tarixinin öyrənilməsinə ilk addım atıb.
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Oqtay Əfəndiyevin ilk səfəvi araşdırmaçısı olduğunu qeyd edib: "Oqtay Əfəndiyevin bizim tarix elmi qarşısında xidməti ondan ibarətdir ki, o, Səfəvilərin Azərbaycan dövləti olması barədə ilk monoqrafiyanı 1961-ci ildə rus dilində çap etdirib. Sonradan "Azərbaycan Səfəvilər Dövləti" monoqrafiyası dəfələrlə Azərbaycan dilində çap olundu. Oqtay Əfəndiyev Azərbaycan tarixinə səfəvişünaslıq möhürü vurub".