Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan Beynəlxalq Turizm yarmarkasında təmsil olunub

© Photo : mct.gov.az22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasında Azərbaycan təmsil olunub
22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasında Azərbaycan təmsil olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir

BAKI, 10 okt — Sputnik. Özbəkistanın paytaxtı Daşkəndin Mərkəzi Sərgi Sarayında 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının (ТМТЯ-2016) rəsmi açılışı olub. Sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir.

Azərbaycanı beynəlxalq sərgidə Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edir. Beynəlxalq sərginin açılış mərasimində çıxış edən "Özbəkturizm" Milli Şirkətinin sədri Fərrux Rizayev Özbəkistanın turizm potensialı, ölkədə inkişaf edən turizm sənayesi danışıb, ölkənin regionlarında yeni-yeni turizm istirahət mərkəzlərinin istifadəyə verildiyini qeyd edib. O, 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasının rəsmi partnyoru olan Tailand dövlətinə öz təşəkkürünü bildirib.

Azərbaycanın Mədəniyyət Mərkəzinin təşkil etdiyi stenddə ölkəmizin turizm resursları, turizm mərkəzləri, marşurutları, hotellərə dair nəşrlər, milli mədəniyyətimizə, mədəni irsimizə dair materiallar, suvenirlər nümayiş etdirilib, qonaqlar milli şirniyyatlarımıza qonaq ediliblər.

Qeyd edək ki, turlar Bakı şəhərindən bir sıra otellərin, habelə Naftalandakı "Chinar Hotel SPA Naftalan" birgə layihəsi ilə həyata keçiriləcək. 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasında Özbəkistan və onun regionları ilə yanaşı, Tailand, Azərbaycan, Malayziya, Türkiyə, Hindistan, Çin, Fransa, Çexiya, Ukrayna, Sinqapur və s. ölkələr öz turizm resurslarını təqdim edirlər.

Xəbər lenti
0