BAKI, 29 sen — Sputnik. Suriyada girovluqda olan alman jurnalist və körpəsi sərbəst buraxılıb. Sputnik Haberler-ə istinadən xəbər verir ki, bu haqda "Sərhədsiz Reportyorlar" insan haqlarını müdafiə təşkilatı məlumat yayıb.
Jurnalist övladı ilə birlikdə Almaniyanın Türkiyədəki konsulluğuna gətirilib. Almaniyanın Xarici İşlər Nazirliyi jurnalist və uşağının özlərini yaxşı hiss etdiyini bildirib.
Xəbərdə qeyd olunur ki, jurnalist Almaniyada nəşr olunan "Süddeutsche Zeitung" qəzeti və "VDR" adlı şirkətlə əməkdaşlıq edirmiş. O, bir il əvvəl "ən-Nusra" təşkilatı tərəfindən girov götürülmüşdü.