BAKI, 21 sen — Sputnik. ABŞ-ın məşhur "The New York Tayms" qəzetində Türkiyədəki 15 iyul dövlət çevrilişi barədə elan dərc olunub. "Türkiyənin güclü demokratiyasına və böyüyən iqtisadiyyatına sərmayə qoyun" başlıqlı elan, Türk-Amerikan İş Adamları Dərnəyi tərəfindən verilib.
Sputnik "Yeni Şafak" qəzetinə istinadən xəbər verir ki, bir səhifəlik elanda, 15 iyul gecəsi Türkiyə demokratiyasının təcavüzə məruz qaldığı, xalqın iradəsinin xəyanətkar qrup tərəfindən ələ keçirilməyə cəhd göstərildiyi bildirilir.
Qəzetdə qanlı çevriliş cəhdinin arxasında Fətullah Gülən şəbəkəsinin dayandığı qeyd olunur. Çevriliş cəhdindən sonra Türkiyə iqtisadiyyatının əvvəlkindən daha sabit və güclü olduğu bildirilən elanda, iş adamlarına Türkiyəyə sərmayə qoymaq çağırışı edilir.