BAKI, 19 sen — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 16-sı ilə müqayisədə 0,03% ucuzlaşaraq 1,6370 manat olub.
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,67% zəifləyərək 1,8281 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,4% azalaraq 0,0252 manat səviyyəsinə düşüb.
Türkiyə lirəsinin məzənnəsi 0,31% azalaraq 0,5499 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1343 manatdır. Beləliklə, funt sterlinq 1,51%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,07% bahalaşaraq 0,7094 manat təşkil edib.