CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük şirkətləri Bakıdan çıxarmaq təklif olunur

© Sputnik / Murad OrujovBakı
Bakı - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtın tıxac probleminin həllinə dair müxtəlif yanaşmalar var

BAKI, 9 sen — Sputnik. Bu gün Azərbaycan paytaxtının ən ciddi problemlərindən biri tıxaclardır. Günü-gündən əhalisi artan şəhərdə, nəqliyyat sıxlığı dözülməz həddə çatıb.

Bununla bağlı intensiv araşdırmalar, reportajlar, təkliflər mediada yayımlansa da, problemin həllini tapdığını demək mümkün deyil. Bəs, sürücülər özləri nə düşünürlər? Bakının tıxac probleminin əsas səbəbləri nədən ibarətdir və vəziyyətdən çıxmaq üçün hansı tədbirlər görülməlidir?

Bakıda avtomobil tıxacı. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəhərimiz tıxacın cəngində inildəyir

Bununla bağlı Sputnik əməkdaşının sosial şəbəkə istifadəçiləri arasında keçirdiyi kiçik sorğunun nəticələrini təqdim edirik.

Turğay Camal — radio DJ: "Dəniz nəqliyyatı işə salınmalıdır. Məsələn, metronun "Həzi Aslanov" stansiyası istiqamətindən "Sahil" metrostansiyası, "Azneft dairəsi" istiqamətinə qədər dəniz nəqliyyatının işə salınması problemi xeyli dərəcədə yüngülləşdirər".

Günel Fərhad Emin — köşə yazarı: "Yollarda zəruri olmayan təmir-bərpa işləri, bunun nəticəsində küçələrin bağlanması, orada hərəkətin məhdudlaşdırılması tıxacları yaradan əsas problemlərdəndir. Bunda icra hakimiyyətləri, həmçinin yol çəkilişinə məsul qurum günahkardır. Bunu aradan qaldırmaq, həmçinin alternativ yollar çəkmək lazımdır".

Rəşad Şıxəliyev — montajçı: "Şəhərin mərkəzində yerləşən universitetləri və böyük şirkətləri şəhərdən kənara köçürmək lazımdır. Əks təqdirdə, tıxacın qarşısını almaq mümkün olmayacaq".

Toğrul Qasımov — tələbə: "Yük maşınları Avropa Oyunları zamanı şəhərə buraxılmırdı. Onlara ayrı xətt ayrılmışdı. İndi də ayrı xətt ayrılsa və rayon qeydiyyatı olan maşınlara saat qadağası yenidən qoyulsa, bir qədər tıxacların qarşısı alınar. Çünki rayonda yaşayan sürücülər şəhərdə yol hərəkəti qaydalarına bir o qədər də bələd deyillər, bu zaman qaydaları pozurlar və tıxac qaçılmaz olur".

Anar Kəlbiyev — jurnalist: "Sumqayıtdan Bakıya gələn zaman "20 yanvar" dairəsinin girişində böyük sıxlıq yaşanır. Bu sıxlığı azaltmaq üçün orada olan körpüdən sağ və sol istiqamətlərə əlavə qollar tikilsə, müsbətə doğru dönüş yaranar".

Tıxac - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı-Sumqayıt yolunda müəmmalı mənzərə

Raminə Eyvazqızı — jurnalist: "Dünyanın heç bir ölkəsinin paytaxtında bu qədər əhali və sıxlıq mövcud deyil. Əvvəlcə paytaxt qanunlarını öyrənmək, bu qaydalara uyğun davranmaq lazımdır. Əgər Bakı ana şəhərdirsə, maşınların istifadəsi, alqı-satqısına yenidən nəzarət mexanizmi hazırlanmalıdır. Yeraltı dayanacaqlar istifadəyə verilməlidir. Ailə var ki, 4 nəfərdən ibarətdir, hər birinin də maşını var. Hamısını da yeni yaşayış binasının həyətində saxlayır. Bəzi yeni tikilmiş binaların həyətinə maşın əlindən daxil olmaq mümkün deyil. Çoxu maşını düşmən gözü çıxarmaq üçün alıb".

Elşən Ağalar — fotoqraf: "Şəhəri genişləndirməklə məsələni həll etmək lazımdır. Sıxlıq çoxdur. Əsas ali təhsil ocaqlarını, idarə, şirkət və müəssisələri mərkəzdən kənara çıxarmaq lazımdır".

Vüsal Qarayev — jurnalist: "Şəhər içindəki bütün qanunsuz tikililəri — hündürmərtəbəli binalar, ticarət və iaşə obyektləri, bir sözlə qanunsuz, şəhərsalma qaydalarına uyğun olmayan nə varsa, sökülməlidir. Problemin kökü Bakının savadsız, necə gəldi, qanunsuz formada "müasirləşdirilməsindədir"".

Xəbər lenti
0