BAKI, 24 avq — Sputnik. Türkiyə Silahlı Qüvvələri Suriyanın Hələb şəhərinin Cerablus bölgəsinin İŞİD terrorçularından təmizlənməsi ilə bağlı hərbi əməliyyatlara başlayıb. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, əməliyyat zamanı sərhədin terror təşkilatlarından təmizlənməsi və eyni zamanda Suriyanın ərazi bütövlüyünün dəstəklənməsi planlaşdırılır.
Türkiyə bu əməliyyatla yeni köç dalğalarının qarşısını almaq, bölgədəki əhaliyə humanitar yardımların çatdırılması və bölgənin terrorçulardan təmizlənilməsini hədəf seçib.
Əməliyyat həm havadan, həm də qurudan həyata keçirilir. Artıq türk qırıcıları və tanklar bölgədə İŞİD-in məkanlarını bombalamağa başlayıb. Xeyli sayda terrorçunun məhv edildiyi bildirilir.