BAKI, 23 avq — Sputnik. Bu gün Dövlət Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Həmin vəsaitdən 46 milyon ABŞ dolları məbləğində vəsait 25 banka satılıb.
Bu barədə Fonddan Sputnik-ə məlumat verilib. İl ərzində Fond tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.