Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

ANS MTRŞ-nı məhkəməyə verib

© ИллюстрацияANS
ANS - Sputnik Azərbaycan
Abunə olmaq
Şikayətə avqustun 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılacaq.

BAKI, 9 avq — Sputnik. “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılacaq.

Şikayətə avqustun 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılacaq.

“ANS” Müstəqil Yayım və Media Şirkəti şikayəti “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı verib.

Xəbər lenti
0