Xəbərdarlıq: Neftçilər prospektinə getməyin!

© Sputnik / Murad OrujovПроспект Нефтчиляр в Баку
Проспект Нефтчиляр в Баку - Sputnik Azərbaycan
Sürücülərə əvvəlcədən alternativ yollar seçmək tövsiyə olunur.

BAKI, 4 avq-Sputnik. Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

"Azəravtoyol" ASC-dən Sputnik-ə verilən məlumata görə, axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektinin, Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq.

Bununla əlaqədar olaraq sözügedən prospektdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmək tövsiyə olunur.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала